1 İyul, 2014
İhsanoğlu Ərdoğanın namizədliyindən danışdı

Türkiyə müxalifətinin prezidentliyə əsas namizədi Ekmələddin İhsanoğlu baş nazir Rəcəb Tayyib Ərdoğanın ona rəqib olmasından danışıb.

Simsar.az-ın məlumatına görə, Ekmələddin İhsanoğlu Ərdoğana uğurlar arzu edib.

"Xeyirli uğurlu olmasını arzu edirəm. Bu seçkinin çox mədəni və demokrat şəkildə keçməsini istəyirəm. Türkiyənin öz seçimini etməlidir".

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan bu gün hakim Ədalət və İnkişaf Partiyası tərəfindən prezidentliyə namizəd göstərilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!