1 İyul, 2014
Nizami Gəncəvi adına Qızıl medal təsis edilib

Prezident İlham Əliyev  bu gün daha bir sərəncam imzalayıb.

Simsar.az xəbər verir ki, İlham Əliyev "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”nın təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanununda dəyişiklik edilməsi barədə qanunun təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Dəyişikliyə əsasən, "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” təsis edilib. "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” haqqında Əsasnamə və medalın təsviri təsdiq edilib.

Əsasnamədə qeyd olunur ki, "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” ilə Azərbaycan Respublikasının vətəndaşları və əcnəbilər ildə bir dəfə mühüm fundamental və tətbiqi elmi nəticələrə, əsərlərə, kəşflərə, ixtiralara, habelə elmin inkişafında xüsusi xidmətlərə görə sağlığında təltif edilirlər.

Göstərilən xidmətlərinə görə Azərbaycan Respublikasının digər orden və medalları ilə təltif edilmiş şəxslər eyni xidmətlərə görə "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” ilə təltif edilə bilməzlər.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!