1 İyul, 2014
Ermənilərin əməlləri ifşa olundu

Almaniyada nəşr olunan “Bakış” jurnalında Diaspor Jurnalistləri Birliyi idarə heyətinin üzvü Əli Zülfüqaroğlunun məqaləsi dərc edilib.

AzərTAc-ın məlumatına görə, “Qaranlıqları aydınlaşdıran tarixi faktlar” adlı məqalədə qondarma erməni soyqırımı yalanları ifşa edilib.

Yazıda bildirilir ki, Şərqi Anadolu bölgəsində daşnak və hnçak birləşmələrinin qətlə yetirdiyi türklərə aid 185 məzar var. Bu məzarların əksəriyyəti Qarsın Subatan kəndindədir. 1918-ci ildə Qars vilayətində 92 kənd dağıdılıb və yandırılıb. Onlardan da biri Subatan kəndidir.

Məqalədə 1918-ci il hadisələrinin şahidlərinə istinadən Subatandakı məzarlıqlardan danışılır. Ermənilər tərəfindən törədilən qırğınlardan bəhs edilir: “Qars və Sarıqamışdan geri çəkilən daşnak-erməni birləşmələri o zamanlar türklərin, ermənilərin, eləcə də, rumların birlikdə yaşadıqları Subatan kəndinə də hücum ediblər. Hər yana təsadüfi atəş açan birləşmələr qarşılarına çıxan kəndliləri də getdikləri yerdə amansızcasına öldürüblər. Onlar başlarına baltalarla vurularaq və ya qarınlarına süngü soxularaq öldürülən qadın, uşaq, yaşlı kişi cəsədlərini küçələrdə buraxırdılar. Sənədlərə əsasən Subatan kəndində 570 adamın qətlə yetirildiyi bildirilir”.

Qeyd edək ki, müəllif məqalədə belə kütləvi məzarlıqların Azərbaycanda da mövcud olduğunu qeyd edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!