30 İyun, 2014
İsrail yeniyetmələri ölü tapıldı

İki həftə əvvəl işğal edilmiş İordan çayının kənarında itən israilli üç yeniyetmə Xevron yaxınlığında çuxurda ölü tapılıb.

Simsar.az-ın məlumatına görə, bu haqda İsrail ordusunun nümayəndəsi bildirib.

Hərbçilər sonuncu dəfə yeniyetmələrin göründüyü fələstin şəhəri Xalxulu mühasirəyə almışdı.

Təxmini ehtimallara görə, Kfar qəsəbəsində dini məktəblərdən birinin şagirdləri İfrax (19 yaş), Şaer (16) və Naftali Frenkel (16) Xevronsk ərazisində oğurlanmışdılar.

Son dəfə onları eyni istiqamətdə maşınlardan birinə oturduqdan sonra görmüşdülər.

İsrail hakimiyyəti oğurluqda HƏMAS hərəkatını ittiham edib.

Bu qurum isə yeniyetmələrin yox olmasında onların günahı olmadığını deyir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!