30 İyun, 2014
İŞİD-in çeçen komandiri öldürüldü

İraq və Şam İslam Dövləti qruplaşmasının çeçen lideri Ebu Ömer El Çeçeni öldürülüb.

Simsar.az-ın məlumatına görə, PKK-nın Suriyada qolu olan YPG çeçen liderinin 15 silahlı ilə birlikdə məhv edildiyini iddia edib.

İŞİD çeçen komandirinin öldüyü barədə hər hansı bir açıqlama verməyib. Bununla belə PKK-nın Suriya qolu Ebu Ömərin cəsədinin əlində olduğunu açıqlayıb.

Qeyd edək ki, Ebu Ömerin bundan əvvəl 3 dəfə öldürüldüyü barədə məlumatlar yayılsa da sonradan bu məlumatlar təsdiqini tapmamışdı.

İŞİD-in bu gün yaydığı videoda Ebu Ömerin görüntüləri də yer alıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!