30 İyun, 2014
Prezident sarayı yaxınlığında 2 partlayış törədilib

Misirin paytaxtı Qahirədə prezident sarayının yaxınlığında 2 terakt törədilib.

Simsar.az-ın məlumatına görə, terror aktları nəticəsində iki polis əməkdaşı ölüb.

İlkin məlumatlara görə, polislər bombanı zərərsizləşdirmək istəyərkən həlak olub.

Bir müddət əvvəl terrorçu qrup bu rayonda partlayışlar seriyasını təşkil etməklə höküməti hədələmişdi.

Qeyd edək ki, hücumlar prezident Məhəmməd Mursinin devirilməsinə gətirib çıxaran birinci ildönümünün vaxtı ilə uyğun gəlir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!