30 İyun, 2014
ATƏT iclasında qalmaqal

ATƏT-in Təhlükəsizlik və İnsan hüquqlarına dəyişiklik edilən 43-cü təklifin qəbulu zamanı deputatlar arasında fikir ayrılığı yaranıb.

Simsar.az “ans press”ə istinadən xəbər verir ki, bəzi deputatlar etiraz edərək məruzəçilərə yaxınlaşıblar. Onlar qanundakı 43-cü dəyişikliyin edilməsinə qarşı çıxıblar. Bu dəyişiklikdə Avropanın sərhədlərinə kənar müdaxilələrin mümkünsüzlüyü öz əksini tapıb.

Ukrayna nümayəndələri isə müzakirələr zamanı Rusiyanı ittiham edib. Onlar bildiriblər ki, Rusiya Avropanın Şərq ərazilərinə hücum edirlər.

Qeyd edək ki, sonda şifahi səsvermə keçirilib və qanun qəbul edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!