30 İyun, 2014
14 min 300 nəfər evakuasiya edildi

İndoneziyanın Şimali Sumatra əyalətindəki Sinabung Yanardağının bazar günü fəaliyyətə keçməsi nəticəsində vulkan püskürməsi baş verib. Simsar.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Yanardağdan çıxan vulkanik küllər dörd min metrə çatıb. Ətrafdakı yaşayış yerlərindən 14 min 300 adam evakuasiya edilib.

Qeyd edək ki, Sinabung Dağı, son olaraq yanvar ayında fəaliyyətə keçmiş  və 11 insan həyatını itirmişdi. 2010-cu ildə iki ayrı tarixdə meydana gələn vulkanik dağ, 400 ildir ki fəaliyyətini  dayandırmışdı.

2460 metr yüksəkliyindəki Sinabung, Böyük Okean hövzəsində,yəni  zəlzələ və vulkan fəaliyyətlərinin çox sıx müşahidə olunduğu “Sakit Atəş Çevrəsi” adlı bölgədədir.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!