30 İyun, 2014
Kaka "Milan"dan getdi

"Milan" futbolçusu Kaka ilə yolları ayırıb.

Simsar.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 32 yaşlı yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılaşma ilə ləğv olunub.

Qeyd edək ki, Kakanın "Milan"la müqaviləsi 2014/2015 mövsümünün sonu başa çatırdı. Onun Amerika klublarından birinə transfer olunacağı gözlənilir.

Xatırladaq ki, Kaka bir neçə gün əvvəl verdiyi açıqlamada İtaliya klubundan ayrılmayacağını söyləmişdi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!