30 İyun, 2014
“Parlaq Zəka”nın növbəti qalibi müəyyənləşdi

Simsar.az xəbər verir ki, “Parlaq Zəka” intellekt şousunun 1/4 final mərhələsinin səkkizinci qalibi müəyyən olunub. Bu həftə tamaşaçılar zəkaların “Şahmat və şahmatçılar” mövzusunda olan gərgin mübarizələrinin şahidi olub. Müqəddimə mərhələsinin nəticələrinə uyğun olaraq qırmızı yolda Elgün Abdurrahmanov, sarı yolda Rüfət Hüseynzadə, yaşıl yolda isə Aysu Nağıyeva mübarizə aparıb. Yarımfinalda yarışmaq şansını isə bu oyunda da Bakı Dövlət Universitetinin tələbəsi olan Rüfət Hüseynzadə əldə etdi. Layihənin rəhbəri və aparıcısı Aydın Piriyevin sözlərinə görə layihənin ilk günlərindən Rüfət Hüseynzadənin nümayiş etdirdiyi təmkin və iradə onu finala bir addım daha yaxınlaşdırdı.

Şəmkirdə yerləşən Zəka intellektual Gənclər Mərkəzi və Azərbaycan Universitetinin təşkilatı dəstəyilə yayımlanan “Parlaq Zəka” intellekt şousuna respublikanın əksər bölgələrindən ümumilikdə 60 tələbə qoşulsa da onlardan sadəcə 3-ü bu möhtəşəm imkandan öz bilik və ağılları hesabına yararlana biləcək. Belə ki, birinci yerin sahibi 5 illik qüvvəsi olan 40.000 AZN dəyərində təhsil haqqı, ikinci yer 30.000, üçüncü yer isə 20.000 AZN-lik təhsil haqqı qazanacaq.

Əlavə məlumat əldə etmək üçün Facebook – Parlaq Zəka səhifəsinə müraciət etmək olar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!