30 İyun, 2014
Prezident Ağstafaya 2 milyon ayırdı - Sərəncam

Azərbaycan prezidenti İlham Əliyev Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Simsar.az-ın məlumatına görə, Ağstafa şəhərində Uşaq Musiqi Məktəbinin yeni binasının tikintisi və rayon Mədəniyyət evinin əsaslı təmiri məqsədi ilə Prezidentin ehtiyat fondundan Ağstafa Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!