30 İyun, 2014
Əvvəlki illərin məzunlarının nəticələri müəyyənləşdi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 29-da ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə əvvəlki illərin məzunları üçün keçirilmiş qəbul imtahanın nəticələrini açıqlayıb. Komissiyadan Simsar.az-a verilən məlumata görə, abituriyentlər imtahan nəticələri ilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə və ya TQDK-nın internet saytı vasitəsilə tanış ola bilərlər.

Qeyd edək ki, ixtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər buraxılacaqlar. İxtisas seçimi iyulun 2-dən 10-dək həyata keçiriləcək. Abituriyentlər ixtisas seçimi ilə bağlı ətraflı məlumatları “Abituriyent” jurnalının 3-cü sayından əldə edə bilərlər.

Aysel Kərimova


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!