30 İyun, 2014
Papa nə vəsiyyət etdi?

Papa Françesko ölümü ilə bağlı vəsiyyət edib.

Simsar.az-ın məlumatına görə, Papa sonunun məzar olduğunu söyləyib. Françesko bildirib ki, onu Pyer Katedralində yer altında olan Papa 2-ci Yohan Pavelin yanına basdırsınlar.

Bir müddət öncə sağlamlıq problemləri yaşayan və bəzi görüşlərini təxirə salan Papa bədbin fikirlərə qapılıb: "Hər insan kimi Papa da bir gün həyata vida edəcək. Yaxşı Papa hara gedəcək? Birbaşa məzara. Mən Sen Pyer Katedralinin yer altında olan Papa 2-ci Yohan Pavelin yanına basdırılmaq istəyirəm", deyə Papa bildirib.

Papa Françesko İsrailə ziyarətindən sonra zamanı gələndə Papa 16-cı Benedikt kimi vəzifəsini tərk edəcəyini söyləyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!