30 İyun, 2014
300 immiqrantın cəsədi tapılıb

İtalyan donanmasının Siciliya Kanalında xilasetmə əməliyatının təşkil olunduğu qayıqda təxminən 30 qaçaq immiqrantın cansız bədənləri tapılıb.

Afrikadan İtalyaya edilən köçlərin sayı  son dövrdə artarkən buna paralel olaraq yaşanan faciələrin sayı da artır.

Simsar.az İtalya məbuatına istinadən xəbər verir ki, ən son Siciliya Kanalında təxminən 600 immiqrantın tapıldığı qayığa “Mare Nostrum”( Bizim dəniz) adlı əməliyyat təşkil edilib. Əmliyyat zamanı qayıqda 27-30 arası cansız bədənə rast gəlinib. Xəbərlərdə aralarında 2 hamilə qadının da olduğu bildirilən  immiqrantların qayıqda havasızlıqdan öldüklərinə dair fikirlər səslənir. Xilas edilən immiqrantların ölü immiqrantlarla birlikdə Pozzallo limanına aparıldığı öyrənilib. Keçdiyimiz oktyabr ayında  bir-birinin ardınca iki immiqrant qayığında 400-ə qədər immiqrantın ölümündən sonra İtalya silahlı qüvvələrinin başlatdığı “Mare Nostrum” insani yardım əməliyyatı çərçivəsində son iki gündə 7 immiqrant qayığında xilasetmə əməliyyatının aparıldığı və 1600-dən yuxarı immiqrantın xilas edildiyi bildirilib.

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!