30 İyun, 2014
“Azerspace”-dən yayımlanan televiziya kanallarının sayı 100-ə çatıb”

Azərbaycanın ilk telekommunikasiya peyki – “Azerspace-1” üzərindən yayımlanan telekanalların sayı artıb. Simsar.az-ın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadla verdiyi məlumata görə, cari ilin iyul ayının 1-nə olan məlumata görə, artıq peyk üzərindən 100-ə yaxın televiziya və 20-dək radio kanalı yayımlanmaqdadır. Rusiyanın bir sıra televiziya kanalı Azərbaycanın ilk milli peyki “Azerspace 1/Africasat 1A” üzərindən yayıma başlayıb.

Milli peyk üzərindən açıq yayıma başlayan kanallar “A-One”, “Европа Плюс ТВ”, “Карусель +0”, “Life News”, “МИР-24”, “Москва. Доверие”, “Мульт +0”, “Пятница +0”, “РЕН +0”, “РУ-ТВ”, “СТС +0”, “ТВ3 (Россия) +0”, “Звезда +0” artıq 11015 H 30000 5/6 transponderində özünə yer edib. Qeyd edək ki,

“Azerspace 1/Africasat 1A” üzərindən yerli kanallarla yanaşı, Gürcüstan, Ukrayna televiziya kanallarının yayımı həyata keçirilir.

Aysel Kərimova

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!