19 Mart, 2011
Kəndə qaz verildi

Zərdab rayonunun Qaravəlli kəndinə qaz verilib

Bu gün Zərdab rayonunun Qaravəlli kəndinə təbii qaz verilib. APA-nın yerli bürosunun məlumatına görə, bu münasibətlə təşkil olunmuş tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev, ictimaiyyət, akademik Teymur Bünyadov, «Azəriqaz» İB-nin məsul işçisi Musa Abdullayev iştirak ediblər. Toplantıda bildirilib ki, 165 abonenti olan Qaravəlli Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində ilk qazla təmin olunmuş kəndlərdəndir. İlkin mərhələdə bütün abonentlər sayğac və fərdi tənzimləyici qurğularla təmin olunublar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!