19 Mart, 2011
Qəddafinin təyyarəsi vuruldu?

Təyyarənin müxalifətçilərin açdığı atəş nəticəsində düşdüyü deyilir

Liviya hökumət qüvvələri Benqazi şəhərini topa tutub


Liviya hökumətinin elan etdiyi atəşkəsdən sonra bu gün Benqazi şəhərində partlayışlar müşahidə olunub. Simsar.az Türkiyə mətbuatın istinadən verdiyi xəbərə görə, Qəddafi güclərinin şəhərə daxil olduğu bildirilir. Əl-Cəzirə televiziyası Qəddafi tərəfdarlarının şəhərin mərkəzini ağır toplardan atəşə tutduğu barədə xəbərlər yayıb. Digər tərəfdən isə Benqazidə Qəddafi güclərinə aid bir təyyarənin müxalifətçilərin açdığı atəş nəticəsində düşdüyü vurğulanır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Liviyada uçuşa qadağa qoyan qərarından sonra Liviya hakimiyyəti ölkədə birtərəfli atəşkəs elan edildiyini açıqlamışdı. ABŞ rəsmiləri Liviyada hökumətin bu qərara əməl etmədiyini bildirsələr də qarşı tərəf Benqaziyə hücum faktını təkzib edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!