19 Mart, 2011
NATO Qafqazı yaddan çıxarıb

“Xüsusi nümayəndə Gürcüstana və Ermənistana səfərini təxirə salmağa məcbur olub”

NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ceyms Apapturayın gələn həftə Tbilisi və Yerevana planlaşdırılan ilk səfəri Şimali Afrikada baş verən hadisələrlə əlaqədar təxirə salınıb.
"Təəssüf ki, NATO-nun xüsusi nümayəndəsi Gürcüstana və Ermənistana səfərini təxirə salmağa məcbur olub. Alyansın baş katibi ona Şimali Afrikadakı vəziyyətin sabitləşdirilməsi üzrə siyasi əməliyyatların əlaqələndirilməsi üçün Brüsseldə qalmağı tapşırıb", - NATO-nun mətbuat ofisindən Trend-ə bildirilib.
Fevralın ortalarından Aralıq dənizinin sahillərində yerləşən Liviyada ölkəni 40 ildən artıq idarə edən Qəddafinin istefası tələbi ilə etirazlar keçirilir. Ölkə vətəndaş müharibəsi vəziyyətindədir. Qəddafinin nəzarət etdiyi Liviya aviasiyası üsyançıların olduğu ərazilərə hər gün zərbələr endirir.
BMT Təhlükəsizlik Şurasının martın 17-də Liviya aviasiyası üçün hava məkanının bağlanmasını, yerüstü qüvvə tətbiq etmədən hərbi əməliyyatların mümkünlüyünü, eləcə də Liviya Milli Neft Şirkətinin və onun Mərkəzi Bankının hesablarının dondurulmasını nəzərdə tutan qətnamə qəbul etməsindən sonra hakimiyyət cümə günü üsyançılara qarşı bütün hərbi əməliyyatların dayandırıldığını bəyan edib.
NATO-nun mətbuat ofisinin məlumatına görə, Appaturay Cənubi Qafqaza ilk fürsət düşən kimi səfər edəcək, çünki NATO region ölkələri ilə münasibətlərə böyük önəm verir.
Bir az əvvəl xüsusi nümayəndənin Bakıya səfərinin başqa vaxta keçirildiyi elan edilmişdi. Səfər martın sonlarına planlaşdırılmışdı, lakin ölkədə bu dövrdəki bayramlarla əlaqədar iyunadək təxirə salınıb.
Ramil

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!