19 Mart, 2011
Məmməd Aslanın ölüm xəbəri yalan çıxdı

Şair danışdı: "Bu  xəbər  məni istəməyən şəxslər tərəfindən yayılıb"

Tanınmış şair, tərcüməçi, əməkdar mədəniyyət işçisi Məmməd Aslanın vəfatı barədə yayılmış xəbər doğru deyil. 

Məmməd Aslan özü Lent.az-a açıqlamasında bu xəbərin onu istəməyən şəxslər tərəfindən bilərəkdən yayıldığını söyləyib. O qeyd edib ki, hazırda telekanallardan birində canlı yayıma hazırlaşır: “Mən hazırda Sumqayıtdan Bakıya gəlirəm. Televiziyada canlı yayımda xalqımız görəcək ki, mən ölməmişəm, yaşayıram”.

Məmməd Aslan onu da bildirib ki, ötən ilin elə bu günlərində də onun ölümü barədə şayiə yayılmışdı: “Amma görürsünüz ki, mən indi də sağam və öz işimlə məşğulam”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!