19 Mart, 2011
“AZƏRSU” UDUZDU

Məhkəmə Qəbələ sakininə 41 min manat ödənilməsi barədə qərar qəbul edib

“Azərsu” ASC –yə qarşı səkkiz aydan çoxdur davam edən məhkəmə prosesi bu gün dünən iddiaçının qələbəsilə başa çatıb. Yasamal Rayon Məhkəməsinin qərarı ilə Qəbələ rayon Şamlı kəndinin sakini Vidadi Rəfiyevə 41 000 manat kompensasiya ödəniləcək.

Bu barədə Simsar.az-a məlumat verən V.Rəfiyevi müdafiə edən
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlının sözlərinə görə, məhkəmənin “Azərsu” ASC-nin maraqlarına cavab verməyən qərar qəbul etməsi sevindirici haldır: “Bizim təşkilat Oguz- Qəbələ-Bakı su kəməri tikintisinin ətraf və sosial mühitə təsirlərinin monitorinqi layihəsi çərçivəsində təşkil edilmiş Strateji məhkəmə çəkişməsini həyata keçirir. Məhkəmə prosesi davam edir”.

 Məhkəmədə V. Rəfiyevin hüquqlarını Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının hüquqşünası Azər Quliyev və təşkilatın üzvü Həmid Xəlilov müdafiə ediblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!