19 Mart, 2011
Radiasiya Yapon məhsullarına da keçdi

Əsasən süd və ispanaqda radiasiya aşkarlanıb

Yaponiyanın baş naziri Yukio Edano sunami və zəlzələ nəticəsində zərər çəkmiş Fukusima Atom Elektrik Stansiyasına (AES) yaxın bölgədə istehsal olunan süd və ispanaqda normadan artıq səviyyədə radiasiya aşkar olunduğu barədə açıqlama verib.

APA-nın «RİA-Novosti»yə istinadən verdiyi məlumata görə, Y.Edano bu gün keçirdiyi mətbuat konfransında mütəxəssislərə istinadən bildirib ki, partlayış baş verən «Fukusima-1» AES-in yerləşdiyi rayonda süddən, İbaraki bölgəsində isə ispanaqdan nümunələr götürülüb. Hökumət başçısı deyib ki, hər iki məhsulda insan həyatı üçün təhlükəli həddə radiasiya aşkar edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!