19 Mart, 2011
Suriyada 4 nümayişçi öldürüldü

Aksiyanı dağıtmaq üçün vertolyotlardan da istifadə edilib

Atəş açılıb, 4 nəfər ölüb

Suriyada da hökumət əleyhinə aksiyalar başlayıb.

Simsar.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, martın 18-də polis ölkənin cənubundakı Deraa şəhərində 4 min nəfərin qatıldığı aksiyanı dağıdıb. 

Kütləyə atəş açılıb, 4 nəfər ölüb. Aksiyaçıları dağıtmaq üçün vertolyotlardan da istifadə edilib.

Suriyanın digər iki şəhərində də nisbətən kiçik miqyaslı aksiyalar keçirilib. Aksiyalar cümə namazından sonra başlayıb və hakimiyyətdə olan BƏƏS Partiyası əleyhinə yönəlib. Aksiyaçılar siyasi azadlıq və ölkədə korrupsiya ilə mübarizə aparılmasını tələb ediblər.

Suriyada baş verənlərə artıq ABŞ reaksiya verib. ABŞ Milli Təhlükəsizlik Şurası Suriya hakimiyyətini insanların ölümünə görə məsuliyyət daşıyanları cəzalandırmağa, o cümlədən dinc aksiyaların keçirilməsinə icazə verməyə çağırıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!