27 İyun, 2014
İnternet bələdiyyə sistemi işə düşür

Bir neçə gün öncə məlumat verdiyimiz kimi ölkədə internet bələdiyyə sitemi yaradılır..

Rabitə və Yüksək Tenologiyalar Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə artıq ilin əvvəlindən bələdiyyələrin vergi informasiya sistemi avtomatlaşdırılıb. İlkin mərhələ olaraq Binəqədi, Biləcəri, Rəsulzadə, Xocasən, Sumqayıt, Saray və Şəmkir bələdiyyələrində yerli ödəyicilərin elektron uçotunun tətbiqi üzrə pilot layihəyə başlanılıb.

Məlumat üçün bir daha bildirək ki, layihədə vergi ödəyicilərinin uçota alınması və mərkəzləşdirilməsi, eyniləşdirilmiş nömrələrin və şəhadətnamələrin verilməsi nəzərdə tutulur. Bu şəhadətnamələr vasitəsilə vergi ödəyiciləri bələdiyyə idarələrinə getmədən bank vasitəsi ilə ödəmə həyata keçirəcəklər.

Qeyd edək ki, layihə başa çatdıqdan sonra bələdiyyələr uçot, bəyannamələr, yoxlamalar və s. kimi işlərini avtomatlaşdırılmış şəkildə həyata keçirəcəklər.

Vüsal Qarayev

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!