19 Mart, 2011
Tatlısəsi vuran killer 500 min dollar alıb

"Sifarişi Abdullah Uçmak verib"

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəsi vurmaq üçün onun 13 illik düşməni Abdullah Uçmakdan təlimat aldıqları önə sürülən şübhəlilər hücum anını danışıblar. 

Simsar.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, müğənniyə hücum zamanı avtomobili idarə edən Yunus A. Abdullah Uçmakın 500 min dollar təklif etdiyini söyləyib. 

O bildirib ki, Abdullah Uçmak ilə 15 gün əvvəl tanış olub: “Məni onunla həbsxanada olan dostum, Abdullah Uçmakın adamı Süleyman tanış etdi. 15 gün onun evində yatıb-qalxdım. Abdullah Uçmak mənə və Ersin A.-ya İbrahim Tatlısəs ilə düşmənçiliyi olduğunu, intiqam almaq istədiyini söylədi. İbrahim Tatlısəsi bərabər güllələməyi təklif etdi. Hücumdan əvvəl ərazini gəzdik. Hadisə baş verən günü Abdullah Uçmak avtomobildə idi, Maslakda avtomobildən düşdü və İbrahim Tatlısəsin binadan çıxışını xəbər verəcəyini bildirdi. İbrahim Tatlısəs televiziya proqramından sonra binadan çıxanda bizi aradı və hazır olmağımızı istədi. Ersin avtomobilin sağ arxa şüşəsini açaraq, atəş açdı. Sürətlə olay yerindən qaçaraq Ömerli Su Anbarının yanına getdik və silahı parçalayaraq, ora atdıq. Sonra avtobusa minərək mən Gebzeyə, Ersin də Balıkesirə getdi”.

Qeyd edək ki, müğənniyə atəş açan Ersin A. da dünən saxlanılıb.

Bu arada müğənniyə hücumla əlaqəsi olduğu iddia edilən PKK terror təşkilatının 7 üzvü də saxlanılıb. PKK üzvlərinin hücumdan sonra sağ qalan İbrahim Tatlısəsi öldürmək üçün təlimat aldıqları iddia olunur. PKK müğənninin AKP-dən deputatlığa namizəd olmasını istədiyini görə öldürməyə qərar verib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!