19 Mart, 2011
Azərbaycan Yaponiyaya 1 milyon dollar yardım edəcək

Yaponiyada baş vermiş dağıdıcı zəlzələ nəticəsində yaranmış vəziyyəti nəzərə alaraq bu ölkəyə yardım etmək barədə qərar qəbul edib

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Yaponiyada baş verən təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatı və ölkəyə dəymiş ziyanı nəzərə alaraq Azərbaycan Nazirlər Kabinetinin 91-S saylı 18 mart 2011-ci il tarixli sərəncamına əsasən, AR hökuməti tərəfindən təbii fəlakətin nəticələrini aradan qaldırılması məqsədilə Yaponiyaya 1 milyon ABŞ dolları həcmində maliyyə yardımı göstəriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!