19 Mart, 2011
Radarların sayı 120-ni keçib

Kamran Əliyev: “Radarın yerinin göstərilməsi mütləq deyil”

Azərbaycanda magistral və şosse yollarında quraşdırılan radarların sayı 120-ni keçib. Bu barədə Simsar.az-a Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr departamentinin rəisi Kamran Əliyev məlumat verib.

K.Əliyev bu aparatların quraşdırılma yerlərinə dair narazılıqlara da münasibət bildirib. O qeyd edib ki, “Yol Hərəkəti Haqqında” qanunda radarların yerləşdirilmə yerinin işarə verilməsi ilə bağlı mütləq tələb yoxdur: “Qanunda nəzərdə tutulmayıb ki, radar olan yerdə mütləq onun yol hərəkət nişanı da olmalıdır. Bu, mütləq deyil. Amma eyni zamanda respublika əhəmiyyətli yolların bəzi hissələrində quraşdırılmış radarlarla bağlı məlumat xarakterli işarə qoymuşuq”.

Qeyd edək ki, bir neçə gün əvvəl Milli Məclisdə hesabat verən Ombudsman Elmira Süleymanova ölkədə ən çox şikayətin yol polisindən, xüsusi ilə də yol kənarlarında quraşdırılmış radarlardan olduğunu bildirmişdi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!