25 İyun, 2014
Alıcıların böyük ekran sevdası, planşetlərə zərbə

23 min insan arasında aparılan araşdırmaya əsasən, 2014-cü ildə respondentlərin 57 faizi yeni smartfon almağı planlaşdırır.

Simsar.az xəbər verir ki, “Accenture” konsaltinq şirkətinin hesabatına əsasən, gələcək alıcıların 48 faizi 5-7 düym diaqonallı ekrana üstünlük verir. Böyük ekranlı smartfonların pərəstişkarlarının əksəriyyəti (66 faiz) Hindistanın, az hissəsi isə Yaponiyanın payına (19 faiz) düşür.

Həmçinin Çin (66 faiz), İndoneziya (61 faiz) və Türkiyədən (61 faiz) olan istehlakçıları böyük ekranlı smartfonlar cəlb edir. ABŞ-da bu göstərici 40 faiz, Almaniyada 30 faiz təşkil edir. Analitiklərin fikrincə, böyük ekranlı qurğulara tələbatın artması planşetlərin satış həcminə mənfi təsir göstərir.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!