19 Mart, 2011
Dağıstan parlamentinə 4 azərbaycanlı deputat seçilib

Rusiya Federasiyası Dağıstan Respublikasında martın 13-də keçirilən parlament seçkilərində 4 nəfər azərbaycanlı deputat mandatı qazanıb

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, səsvermə hüququ olan 1 492 564 seçicinin qeyd alındığı bu seçkilərdə 6 partiya mübarizə aparıb. 

Seçicilərin 70 faizi səsvermədə iştirak edib. Seçkilərin nəticələrinə görə Dərbənd şəhərindən iki, Dərbənd rayonundan da iki nəfər azərbaycanlı millət vəkili seçilib. Dərbənd şəhərindən Xanlar Paşabəyov və Nökər Surxayev, Dərbənd rayonundan isə Nəriman Qurbanov və Əhmədxan Qurbanov deputat mandatı qazanıblar.

Xatırladaq ki, Dağıstan parlamentinin ötən çağırışında cəmi bir nəfər azərbaycanlı deputat olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!