18 Mart, 2011
“Yandex” onlayn-tərcümə servisini istifadəyə verib

Rusiyanın “Yandex” internet şirkəti özünün maşın tərcüməsi sistemi əsasında onlayn-tərcümə servisini istifadəyə verib

Simsar.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, indi translate.yandex.ru saytı vasitəsilə istifadəçilər istənilən mətni və ya veb-səhifəni xarici dildən rus dilinə və əks istiqamətdə tərcümə edə bilər. 

Statistik üsul əsasında işləyən sistem müxtəlif dillərdə tərcümə olunmuş milyonlarla mətnləri təhlil edərək xüsusi lüğətlər yaradır. Tərcümə zamanı kontekstdən asılı olaraq lüğətlərin ən uyğun variantı seçilir. Bu cür tərcümə üsulu dil qaydalarına deyil (sistem müvafiq linqvistik qaydalarla təchiz olunmayıb), məhz statistika əsasında yerinə yetirilir. Şirkət hələ ki, beta-test rejimində olan servisin keyfiyyətini, tərcümə sürətini artırmağı, eləcə də müxtəlif dil cütlükləri əlavə etməyi planlaşdırır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!