18 Mart, 2011
Şeyxülislam erməni katolikosla görüşəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə bu il ermənilərin katolikosu II Qaregin ilə görüşə bilər

Simsar.az Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Paşazadə vladiqafqazlılarla görüşündə deyib: “Biz din xadimləri heç vaxt qan tökülməsinin və insanların həlak olmasının tərəfdarı deyilik. Buna görə də biz görüşlər keçirir və müzakirələr edirik. Bu görüşlər gələcəkdə də baş verəcək”.

Paşazadə Qarabağ münaqişəsi zamanı çox qan töküldüyünü deyib. O bildirib ki, bu gün də insanlar əsarətdədirlər, snayper gülləsi doqquz yaşlı uşağı öldürüb: “Bu onu göstərir ki, müharibə hələ bitməyib. Amma Azərbaycan dövlət başçısı bu məsələnin sülh yolu ilə nizamlanmasının tərəfdarıdır”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!