18 Mart, 2011
Qəddafi geri çəkildi

Liviya hökumət hərbi əməliyyatları dayandırdığını və dialoqa hazır olduğunu bəyan edib

Liviyanın xarici işlər naziri Musa Kusa BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 1973 saylı qətnaməyə uyğun olaraq bütün hərbi əməliyyatları dayandırdıqlarını bildirib.

APA-nın “Əl-Cəzirə”yə istinadən verdiyi məlumata görə, nazir deyib ki, hökumət ölkədə sülhün, insan haqlarının, qayda-qanunun və qanunun aliliyinin bərpası üçün əlindən gələni edəcək.

M. Kusa BMT TŞ-nin Liviya üzərində uçuşları qadağan etməsindən təəssüfləndiyini də söyləyib və bunun ölkə əhalisi üçün neqativ təsirinin olacağını vurğulayıb. O, dünya ictimaiyyətinin Liviyanın hökumət qüvvələrinə qarşı hərbi gücdən istifadə barədə qərarının da yanlış olduğunu qeyd edərək ölkənin suverenliyi və ərazi bütövlüyünün qorunmasında maraqlı olan bütün qüvvələrlə dialoqa hazır olduqlarını açıqlayıb. Nazir dünya ictimaiyyətini Liviyaya vəziyyəti yerində araşdıracaq və müvafiq qərarlar qəbul edəcək xüsusi komissiyalar göndərməyə də çağırıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!