18 Mart, 2011
25-dən 5-i neftçi ola bildi

ARDNŞ-də işləmək istəyənlər imtahan verdi

ARDNŞ-in Geofizika və Geologiya İdarəsində işə qəbul ilə əlaqədar müraciət etmiş mütəxəssislərlə müsabiqə keçirilib. Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, işə qəbul üçün müraciət etmiş 25 nəfərlə keçirilmiş müsabiqə iki mərhələdə aparılıb. 


Test üsulu ilə keçirilmiş birinci mərhələdə iştirakçılar ümumi geologiya, mühəndislik geologiyası, hidrogeologiya, kəşfiyyat geofizikası, mədən geofizikası, məntiq, kompüter proqramları və ingilis dilindən ümumilikdə 50 sualı cavablandırıblar. İkinci mərhələyə keçən namizədlərin hər biri fərdi qaydada komissiyada müsahibədən keçib. Yoxlama müsabiqəsinin nəticələrinə əsasən 5 ərizəçinin işə qəbul olunması üçün ARDNŞ-ə müraciət edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!