23 İyun, 2014
HTC-dən yenilik

HTC şirkəti Google üçün 8.9 düymlük ekranı olan planşet yaradır. Simsar.az xarici KİV-ə istinadən xəbər verir ki, “Nexus 9” adı veriləcək planşetin korpusu alüminiumdan olacaq. Vasitənin 2 GB RAM və 16-31 GB əlavə yaddaşı olacaq. Planşetin əsas kamerası 8 meqapiksel, frontal (ön) kamerası isə 3 meqapiksel olacaq. 7.9 mm-lik planşetin çəkisi 418 qr təşkil edəcək. Vasitənin fotosunu təqdim edirik.

Mələk Abbaszadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!