18 Mart, 2011
Tatlısəs sağalır

Fizioterapiya və reabilitasiya prosesi başlayıb

Silahlı hücum nəticəsində ağır yaralanan məşhur müğənni İbrahim Tatlısəsin səhhətində mənfi dəyişiklik olmadığı açıqlanıb. Simsar.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, sənətçinin durumu ilə bağlı yayılan açıqlamada İbrahim Tatlısəsin müalicəsinin Maslak Acıbadəm Xəstəxanasının baş həkimi Çağlar Çuhadaroğlu və beyin cərrahı İlhan Elmacı tərəfindən davam etdirildiyi bildirilib. 

Açıqlamada gecə boyu hər hansı problem yaşanmadığı, sabah saatlarındakı müayinədə müğənninin səhhətində mənfi dəyişiklik müşahidə edilmədiyi qeyd olunub. Dünəndən etibarən isə fizioterapiya və reabilitasiya prosesinin başladığı bildirilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!