18 Mart, 2011
Siyavuş Novruzov polisdə islahat aparılmasını təklif edir

"İstintaq sistemində mütəxəssislər olmalıdır”

Siyavuş Novruzov ölkədə istintaq orqanlarının həddən artıq çox olmasından şikayətlənib
Azərbaycanda hüquq-mühafizə orqanlarının strukturunda islahatların aparılmasına ehtiyac var.
Bunu millət vəkili Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında "Əməliyyat-axtarış fəaliyyəti haqqında" və "Prokurorluq haqqında" qanunlara edilən əlavə və dəyişikliklərin müzakirəsi zamanı çıxışında deyib.
O, ölkədə istintaq orqanlarının həddən artıq çox olmasından şikayətlənib və vahid istintaq orqanının yaradılmasını təklif edib.
"İstintaq sistemində mütəxəssislər olmalıdır. İstintaqın əsasını ibtidai istintaq təşkil edir. Müəyyən cinayətlərin açılması üçün ilkin materiallar istintaqın əsasını təşkil edir və bunlar itirilirsə, sonradan bərpa etmək çətin olur. Bu baxımdan, vahid istintaq orqanının yaradılmasını pilot layihə kimi qəbul etmək olar və gələcəkdə bu, özünü doğrultduğu təqdirdə digər sahələrdə də bu məsələni həll etmək lazımdır", - Novruzov vurğulayıb.
O, bildirib ki, korrupsiya ilə bağlı işlərin araşdırılmasının porkurorluq orqanlarına verilməsi ilə gələcəkdə bu istiqamətdə qanun layihələrinə əlavə və dəyişikliklər hazırlanacaq.
Ruslan

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!