18 Mart, 2011
Notariat idarəsinin müdirinin oğlu tutuldu

Şamaxı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb

Rayon Polis Şöbəsindən APA-nın Şirvan bürosuna verilən məlumata görə martın 17-də 1984-cü il təvəllüdlü Eminov Nahid Sahib oğlu çəkisi 6 qram olan qurudulmuş marixuananı həmyerlisi 1982-ci il təvəllüdlü Alıyev Məqatil Alı oğluna satarkən polis əməkdaşları tərəfindən tutulub. Əvvəllər məhkum olunmuş hər iki şəxs barəsində cinayət işi açılıb, araşdırma aparılır.

N. Eminovun Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin Şamaxı rayon Qeydiyyat Şöbəsinin müdirinin oğlu olduğu bildirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!