18 Mart, 2011
Norveç də...

Liviyaya qarşı hərbi əməliyyatlarda iştirak edəcək  ölkələrin sayı artır

Norveç də Liviyada prezident Müəmmər Qəddafinin hərbi qüvvələrinə qarşı beynəlxalq hərbi əməliyyatlarda iştirak edəcək. 

Simsar.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, bunu Norveçin müdafiə naziri Qrete Faremo söyləyib. 

Ancaq müdafiə naziri bu əməliyyatın xarakteri barədə danışmağın tez olduğunu da bildirib: “Yəqin ki, biz bu əməliyyatların hava zərbələri endirilməsi hissəsində iştirak edəcəyik”.

Qeyd edək ki, Fransa bir neçə saat ərzində Liviyaya qarşı hərbi əməliyyata başlayacağını elan edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!