20 İyun, 2014
Nasazlıq “Facebook”a baha başa gəldi

Facebook-da dünən günorta saatlarında baş verən nasazlıq şirkətə yarım milyon dollar ziyan vurub. Simsar.az “Forbes”ə istinadən xəbər verir ki, Facebook-un fəaliyyətinin yarımsaatlıq dayanması KİV-lərdən də yan keçməyib. “Forbes” jurnalının təqdim etdiyi göstəricilərə əsasən, 2014-cü ilin ilk kvartalında sayt 2.5 milyard dollar qazanıb. Lakin bundan öncəki illərdə şirkətin çəkdiyi xərclərlə müqayisədə bu məbləğ elə də çox deyil. 2013-cü ildə şirkət 20 milyard dolları digər şirkətləri almaq üçün xərcləyib.

Xatırladaq ki, dünən günorta saatlarında sayta giriş səhifəsində “Sorry, something went wrong” sözləri əks olunurdu. Problem yarım saatdan sonra həllini tapmışdı.

Mələk Abbaszadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!