18 Mart, 2011
Araz Əzimov Hulusi Kılıçı qəzəbləndirdi

"Mən hər halda onun səhv danışdığını düşünürəm”

“Araz Əzimovun söylədikləri onun öz fikirləridir. Türkiyənin siyasəti güclü siyasətdir. Mən hər halda onun səhv danışdığını düşünürəm”.

APA-nın xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovun fikirlərinə münasibət bildirərkən deyib. Səfir bəyan edib ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər hamıya bəllidir: “Buna əlavə şərh verməyə ehtiyac yoxdur”.

Xatırladaq ki, Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Türkiyənin “CNN-Türk” telekanalına açıqlamasında bildirib ki, Ankara Sürix protokollarına imza atmaqla Qarabağ münaqişəsinin həllini çətinləşdirib: “Bu protokollar bizi böhran vəziyyətinə gətirdi. Bir tərəfdən vəziyyəti çətinləşdirdi. Digər tərəfdən, normalaşma prosesi də dayandırıldı və Qarabağ məsələsində irəliləyiş əldə edilmədi”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!