18 Mart, 2011
Bayram süfrəsi 134 manata başa gəlir

Ötən ilki ilə müqayisədə təxminən 30 faiz bahalaşma var

İqtisadi Tədqiqatlar Mərkəzinin ekspertləri Novruz ərəfəsində bayram süfrəsinə daxil olan əsas ərzaq məhsullarının qiymətlərinin ötən ilin eyni dövründəki analoji qiymətlərilə müqayisəsini aparıb.

Mərkəzin təqdim etdiyi müqayisəli təhlilin statistik bazasında Azərbaycanın 22 regionunda qiymətlər üzərində aparılmış statistik müşahidənin nəticələri dayanıb. Hesablamalar göstərib ki, 4 nəfərlik bir ailə orta səviyyəli bayram süfrəsi (şirniyyat, meyvələr, içkilər, yeməklər və sair daxil olmaqla) açmaq üçün minimum 134 manat xərcləməlidir.

Belə ki, 2010-cu ilin mart ayınin 15-nə olan müqayisəli məlumata görə, bu il bayram süfrəsinə daxil olan əsas ərzaq məhsulları üzrə bahalaşma baş verib.

2010-cu ilin eyni dövrü ilə müqayisədə 2011-ci ilin mart ayına bayram süfrəsinin əsas komponentlərindən olan toyuq yumurtası 178.13 faiz, sümüklü mal əti 31 faiz, sümüklü qoyun əti 16,67 faiz, sümüksüz mal əti 33,33 faiz, soğan 113,33 faiz, kartof 73.68 faiz, fındıq 31,3 faiz, qoz 22,22 faiz, şabalıd18,52 faiz, şəkər tozu 17Ş70 faiz, şəkər 19,85 faiz, təmizlənmiş düyü 26,61 faiz, alma 75 faiz, armud 37,78 faiz, ağ kələm 100 faiz, buğda unu 14,29 faiz, banan 18,75 faiz, duzlu xiyar 50 faiz, günəbaxan yağı 11,49 faiz bahalaşıb.

Bununla yanaşı, ötən ilin eyni dövrü ilə müqayisədə qarğıdalı yağı, qara və yaşıl çay, süfrə duzunun qiymətində dəyişiklik olmayıb. Bu dövrdə ucuzlaşma yalnız meyvə şirəsində - 1,89 faiz ucuzlaşma baş verib.

RUSLAN

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!