18 Mart, 2011
Polislər silah-sursat tapdı

Bərdədə tapılan döyüş sursatları DİN -nin anbarına təhvil veriləcək

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisindən xeyli sayda silah-sursat aşkarlayıblar. Bərdə RPŞ-dən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, götürülən döyüş sursatları 2 ədəd Kalaşnikov avtomatı, 1 ədəd kustar üsulla düzəldilmiş tapança, 1 ədəd beşatılan, 1 ədəd TOZ-8 markalı silahdan, 1 ədəd F-1, 1 ədəd RQD-41 əl qumbaralarından, 8 ədəd avtomat sandıqçası, ümumilikdə 3000 ədədə yaxın 5,45 və 7,62 mm kalibrli avtomat güllələrindən, 2 ədəd BTR patronu, 1 ədəd tratil və 1 ədəd tüstü bombasından ibarətdir. 
RPŞ-dən bildirilib ki, silah-sursatın hamısı Daxili İşlər Nazirliyinin silah anbarına təhvil veriləcək. Atıcı silahların isə hər hansı cinayət əməlinin törədilməsində istifadə olunub-olunmaması üçün ekspertizası keçiriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!