18 Mart, 2011
Sınaq imtahanlarının nəticələri

İmtahanda 9-cu və 11 -ci sinif şagirdləri iştirak edib

Martın 13-də 7 rayonun (Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı, Salyan və Neftçala) ümumtəhsil məktəblərində tam orta təhsil (11-ci sinif) səviyyəsi üzrə keçirilən sınaq imtahanlarının nəticələri açıqlanıb.

Təhsil Nazirliyindən Simsar.az-a bildiriblər ki, imtahanın nəticələri artıq nazirliyin rəsmi internet saytında yerləşdirilib. İmtahanda iştirak etmiş şagirdlər və onların valideynləri http://exam.edu.gov.az/ linkinə daxil olmaqla cavabları öyrənə bilər.

Xatırladaq ki, təhsil naziri Misir Mərdanovun müvafiq əmrinə əsasən, mərkəzləşdirilmiş qaydada test üsulu ilə keçirilən sınaq imtahanlarında 9-cu sinif şagirdləri ana dili və riyaziyyat, 11-ci siniflərdə isə ana dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən biliklərini nümayiş etdirib. Qaydalara əsasən, sınaq imtahanının nəticələri attestata yazılacaq yekun qiymətə təsir edir. Belə ki, şagirdin fənn üzrə sınaq imtahanının nəticələri, X və XI siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq. Şəhadətnaməyə yazılacaq yekun qiymət şagirdin fənn üzrə sınaq imtahanının nəticələri, VIII və IX siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!