19 İyun, 2014
“Amazon Fire Phone” təqdim edildi

Smartfon istehsal edən şirkətlər arasında rəqabət daha da qızışacaq.

Simsar.az-ın məlumatına görə, dünyanın ən geniş onlayn ticarət platforması olan “Amazon” öz adı ilə istehsal etdiyi ilk ağıllı telefon – “Fire Phone”u təqdim edib.

Üzərində 4 sensor daxil 6 kamera olan cihaz 3D texnologiyasıyla diqqət çəkir. Cihazın ön üzündə yer alan 4 ultra kamera, telefonun dört ayrı küncünə düzülüb. Kameralar istifadəçilərin üz və göz hərəkətlərini qəbul edərək cihazın ekranına hansı bucaqdan baxdığını müəyyən edir.

Onu da qeyd edək ki, görüntülər 3D formatında ekrana gələcək. Məsələn, alış-veriş edərkən telefonun ekranını sağa və sola döndərərək geyimi fərqli bucaqlardan görmək mümkün olacaq. Həmçinin eyni hərəkətlə menyular arasında keçid edilə bilinəcək.

Yeni telefonun qiyməti 649 dollardan başlayacaq.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!