19 İyun, 2014
eBay-dən smartfon qadağası – FOTO

“Star N9500” smartfonlarında casus proqramı aşkarlanıb.

“eBay”  şirkəti  bir sıra şikayətlərdən sonra satışa çıxarılan Çin istehsalı olan smartfonların satışına qadağa qoyub. Simsar.az BBC-yə istinadən xəbər verir ki, istifadəçilər smartfonda casus-proqramın olduğunu iddia edirlər. Android əməliyyat sistemli “Star N9500” markalı smartfon Çində istehsal edilir. Bu markadan olan bəzi smartfonların içindəki casus-proqramını hətta Almaniyanın təhlükəsizlik şirkəti də zərərsizləşdirə bilmir.

“Google Play Store app.” adı ilə gizlədilən proqramlı smartfonlar hələ də Amazon saytında satışdan çıxarılmayıb. Lakin “eBay” hesab edir ki, tezliklə bu problem də öz həllini tapacaq.

Mələk Abbaszadə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!