19 İyun, 2014
Daha bir elektron xidmət istifadəyə verildi

Vergilər Nazirliyinin “Cari vergi ödəmələrinin hesablanması haqqında arayış” elektron xidməti istifadəyə verilib.

Simsar.az-ın məlumatına görə müvafiq arayış elektron qaydada təqdim olunur və bu barədə vergi ödəyicisinə bildiriş göndərilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada vergi ödəyicisinin eyniləşdirmə nömrəsini almış şəxslər bu interaktiv elektron xidmətdən pulsuz istifadə edəcəklər.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!