18 Mart, 2011
İstanbul və Moskvaya gedənlər çoxalır

Bakı-Moskva marşrutu üzrə gündəlik reyslərin sayı 3 dəfəyə çatdırılıb 

«Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakı-İstanbul və Bakı-Moskva marşrutu üzrə gündəlik birbaşa sərnişin aviareyslərinin sayını artırıb.

AZAL-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, əgər bundan öncə Bakı-İstanbul marşrutu üzrə gündə iki dəfə, saat 10:00-da və 21:00-da uçuşlar yerinə yetirilirdisə, bu gündən etibarən sözügedən marşrut üzrə uçuşlar həmçinin saat 12:00-da da həyata keçiriləcək.

«Bundan başqa, Bakı-Moskva marşrutu üzrə gündəlik reyslərin sayı da 3 dəfəyə çatdırılıb. Bundan öncə bu marşrut üzrə uçuşlar hər gün saat 10:40-da və 20:05-də yerinə yetirilirdi. Lakin bu gündən etibarən Bakı-Moskva marşrutu üzrə uçuşlar saat 12:15-də də həyata keçiriləcək», - deyə AZAL-dan bildirilib.

Qeyd edək ki, hər iki marşrut üzrə uçuşlar «Airbus A-320» avialayneri ilə yerinə yetirilir. Hazırda Bakı-İstanbul-Bakı aviareysinə biletin qiyməti 281 manat, Bakı-Moskva-Bakı marşrutu üzrə isə 274 manat təşkil edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!