18 İyun, 2014
Televizorların satışı artıb

Cari ilin yanvar-mart aylarında maye-kristal (LCD) televizorların tədarük həcmi 473 mln 60 min ədəd təşkil etməklə 4 faiz artıb. Bununla yanaşı, 2 milyon plazma televizor buraxılıb ki, bu da 16 faiz azalma deməkdir. Lakin buna baxmayaraq birinci rübdə televizor istehsalında ümumi artım 3,3 faiz təşkil edib.

Simsar.az-ın məlumatına görə daha yaxşı göstəricini Cənubi Koreya və Yaponiya istehsalçıları nümayiş etdirib. “Samsung” və “LG” şirkətləri 17 milyonluq ümumi televizor istehsalı ilə düzekranlı televizorlar bazarının lideri olaraq qalır. Lakin ötən il satış həcmində xeyli uğurlar qazanan Çin istehsalçıları bir sıra problemlərlə üzləşib. Qeyd etmək lazımdır ki, Cənubi Koreya şirkətləri plazma televizorların satış həcmini azaltmaqla təklif olunan maye-kristal televizorların çeşidini genişləndirir. Məsələn, “Samsung” plazmaları yüksək təsvir ölçüsünə malik “LCD” televizor modelləri ilə əvəzləyir.

Yaponiya şirkətləri göstərilən dövr ərzində uğura əsasən daxili bazarda satışların yaxşı olması sayəsində nail olublar. Öz növbəsində Çin istehsalçıları liderlərdən geri qalmamaq üçün “UHD”, bükük və “OLED” televizorlar daxil olmaqla bazara bir sıra yeni modellər çıxarmaq niyyətindədirlər.

Vüsal Qarayev

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!