18 Mart, 2011
“Fukusima-1” AES-dən ağ dumanlar yüksəldi

Yaponiyanın “Fukusima-1” Atom Elektrik Stansiyasında (AES) soyutma ilə bağlı işlər davam edir

Simsar.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, hərbi vertolyotlar yanacaq çubuqlarının əriyib ətrafa radiasiya saçmasının qarşısını almaq üçün AES-dəki reaktorların ikisinə tonlarla su boşaldıb. 
Soyutma əməliyyatında təzyiqli sudan istifadə edilməsi də planlaşdırılır.

AES-in idarəetməsini həyata keçirən “Tokio Electric Power” şirkəti bu dəqiqələrdə iki reaktordan ağ dumanlar çıxdığını açıqlayıb. Yaponiyadan təyyarə ilə Cənubi Koreyaya gələn 3 sərnişində isə yüksək dərəcədə radiasiya aşkarlanıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!