18 Mart, 2011
İslam Partiyasının keçmiş sədri dünyasını dəyişdi

Azərbaycan İslam Partiyasının (AİP) keçmiş sədri Hacı Əlikram Əliyev vəfat edib

APA-nın məlumatına görə, Hacı Əlikram Əliyev uzun sürən xəstəlikdən sonra bu gün saat 17.00 radələrində yaşadığı Sabunçu rayonu Nardaran qəsəbəsindəki evində dünyasını dəyişib. Yaxınları APA-ya bildirib ki, Ə. Əliyev bir neçə ildir şəkər, təzyiq və digər xəstəliklərdən əziyyət çəkirmiş. Mərhum sabah Nardaran qəbiristanlığında dəfn olunacaq. 

Qeyd edək ki, Əliyev Əlikram İsmayıl oğlu 1940-cı ildə Bakı şəhərində anadan olub. 1996-cı ilin mayında Cinayət Məcəlləsinin 57-ci maddəsi ilə həbs olunub (köhnə redaksiya “vətənə xəyanət”), 1999-cu ilin noyabr ayında əfv edilib. O, 2002-ci ildə Nardaran qəsəbəsindəki hadisələr zamanı fəallıq göstərib, 6 il müddətinə azadlıqdan məhrum edilib, lakin 2003-cü ildə yenidən əfv edilib.

Azərbaycan İslam Partiyasının ilk sədri olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!