17 İyun, 2014
İnformasiya qəbulunda REKORD SÜRƏT

“Fujitsu Laboratories” şirkətinin elmi tədqiqat bölməsi məlumatları 56 Qbi/saniyə sürətində qəbul edən mikrosxem hazırlayıb. Bu, superkompüter və yeni nəsil serverlərdə tətbiq olunacaq bu tip qəbuledici üçün yeni dünya rekordudur.

Simsar.az-ın məlumatına görə bu texnologiya barədə ətraflı məlumat iyunun 9-13-də Havay adalarında keçirilən “VLSI Technology and Circuits” simpoziumunda verilib.

Qeyd edək ki, kompüter klasterlərində mərkəzi prosessor qurğusu arasında məlumatların ötürülmə sürətinin artırılması paralel hesablamaların ümumi məhsuldarlığını artırmağa imkan verir. Bu, sayı “bulud” servislərinin populyarlığının artması ilə sürətlə yüksələn məlumat mərkəzləri üçün böyük əhəmiyyət kəsb edir. Buna görə də son bir neçə ildə məlumatların buraxılış qabiliyyəti saniyədə bir neçə qiqabitdən 10 Qbit/saniyəyədək və daha çox yüksəlib. “Fujitsu” şirkəti isə daha irəli gedərək 2016-cı ildə bazara sürəti iki dəfədən çox – 56 Qbit/saniyəyədək artıran texnologiyanı çıxarmaq niyyətindədir.  “Fujitsu” buraxılış dalğasının artırılması üçün çoxlu paralel ekvalayzerin dizaynından, eləcə də bir neçə əlavə innovasiya üsulundan, o cümlədən paralel axınlarda siqnalın proqnostik kompensasiyası prosesindən (look-ahead compensation) istifadə edib

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!